Türkiyənin tanınmış müğənnisi Doğuş Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, o, teleaparıcı Xoşqədəm Hidayətqızından kömək istəyərək "Səni Axtarıram" verilişinə üz tutub. Müğənni anasınımn axtarışına çıxıb: "9 yaşından küçələrdə böyümüşəm. 14 yaşımda həbsxana həyatı yaşamışam. 18 yaşından işləyərək ayaqqabı boyadım, simit, su satmışam. Daha sonra müğənnilik və bəstəkarlıq etmişəm. Bununla da həyatım dəyişib. Onu da deyim ki, uşağını körpələr evinə atan ananı üzrlü səbəblərdən bağışlamaq olar. Ancaq əks halda, düzgün deyil. Mən heç vaxt övladımı atmaram. Anamın Almaniyada yaşadığını bilirdim. Uşaq vaxtı qaçaq yolla təyyarələrə, avtobuslara minib Almaniyaya getmək istədim, amma yaxalandım. Anasız böyüdüyüm üçün anamın ayaqlarını qucaqlayıb bir daha məni atma demək istəyirdim. Hazırda da Xoşqədəm xanımdan kömək istəyirəm ki, məni anama qovuşdursun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB