“No Smoking” Film Festivalının açılış mərasimi keçiriləcək

“No Smoking” Film Festivalının açılış mərasimi keçiriləcək

Bu gün Kempinski oteldə 31 May Beynəlxalq tütünlə mübarizə günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə "Addım" Gənclər təşkilatının birgə keçirdiyi "No Smoking" Film Festivalının açılış mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mühazirələr keçən mütəxəssislər iştirak edəcəklər.

Ötən il Brilliant Dadaşova, Həmidə Ömərova, Murad Dadaşov, Flora Kərimova, Firdovsi Atakişiyev, Eldar Qasımov, Hüsniyyə Məhərrəmova, Sabina Babayeva, Aytən Səfərova, Felix Vişnevetski, Elnur Məmmədov və başqalarının iştirak etdiyi videoçarx geniş ajiotaj yaratmışdı. Bu il isə layihənin reklam siması olan Brilliant Dadaşova hitlərindən birini tanıtım videosunda gənclərlə birgə ifa edib.

Qeyd edək ki, "No Smoking" Film Festivalının anonsu bu gün dünyanın 31 ölkəsində Portuqaliya, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ, Hollandiya, Ukrayna, Rusiya, İsrael, Kanada, İspaniya və digər ölkələrdə ingilis subtitrlərilə yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə