Müğənni istirahəti üçün haranı seçdi?

Müğənni istirahəti üçün haranı seçdi?

Müğənni Leyla Ramazanlı artıq istirahət etməyi düşünür. Bu haqda SİA-ya danışan ifaçı Azərbaycandan kənara getməyəcəyini bildirib: "Bölgələrimizin birində dincələcəm. Düşünürəm ki, paytaxtımızın gəzməli, görməli yerləri çoxdur. Ona görə də xarici ölkəyə getməyi düşünmürəm. İstirahətimi hər il olduğu kimi ənənəmə sadiq qalıb ailəmlə birgə edəcəm. Dincəldikdən sonra sentyabr ayında yeniliklərimi tamaşaçılara təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə