Müğənni: “Azərbaycanda şou yox, toy biznesi var”

Müğənni: “Azərbaycanda şou yox, toy biznesi var”

Müğənni-tarzən Humay Qədimova Azərbaycanda şou-biznesin olmadığını deyib. İfaçı SİA-ya açıqlaması zamanı sənətçilərin yalnız toylardan maddi gəlir əldə etdiklərini də dilə gətirib:"Azərbayanda şou-biznes yox, toy biznesi var. Çünki biz gəlirimizi konsertlərdən, disklərdən qazanmırıq. Yalnız toylardan pul əldə edirik. Hətta hansısa layihəni də həyata keçirmək istəyəndə öz cibimizdən pul verib, itirdiyimiz madiyyatı el şənliklərindən qazanırıq. Ancaq digər ölkələrdə müğənnilər konsertlərdən, disklərdən maddi gəlir əldə edirlər. Ona görə də onlarda şou-biznes var. Bu kəlmə isə bizə çox yaddır".

Bütün xəbərlər Facebook səhifəmizdə