Ayaz həmkarlarına irad bildirdi

Müğənni Ayaz Qasımov şou-biznesdə söz-söhbət yaradan sənət dostlarından söz açıb və onları qınayıb. Bu haqda SİA-ya danışan ifaçı qalmaqaldan kənar gəzdiyini də xüsusilə qeyd edib: "Dava-dalaşdan qəti şəkildə uzaq olan biriyəm. Çünki özümə hörmət edən sənətçiyəm. Qalmaqal insanı nifuzdan salır. Bəzən tamaşaçı kimi dava edən həmkarlarımı izləyirəm və onların bu hərəkətlərini qınayıram. Məncə onlar həyatlarında belə şeylərə yol verməməli, zamanlarını işlərinə və ailələrinə həsr etməlidir. Mənim özüm də boş vaxtımı uşaqlarlarımla birgə oluram. Ömür qısadır, gözəl yaşamaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə