Müğənni Emrah ikinci dəfə atalıq hissini yaşayacaq. SİA-nın verdiyi xəbərə görə, müğənni hamiləlik xəbərini eşidən zaman ilk anasını yanında görmək istəyib.
Sözügedən məsələ haqqında sənətçinin düşmən olduğu oğlu fikirlərini bildirib: "Çox sevinirəm. Atamla uzun müddətdir danışmıram. Tək istəyim odur ki, uşaq mənim yaşadıqlarımı yaşamasın. İçimdə atama dair heç nə qalmayıb".
Bu barədə Emrahın keçmiş həyat yoldaşı Ebru Çolak da danışıb: "Ümid edirəm ki, Tayfun kimi yaxşı övladları olar. Sibel Əmrahın Tayfuna etdiklərini bilir, amma heç nə demir. Mənim övladım gün görməyib. Əmrah doğulacaq körpəsinə baxanda Tayfuna etdiklərini xatırlayacaq. Sibel isə analığın nə demək olduğunu anlayacaq".
Qeyd edək ki, Emrah hazırda Sibel Kirellə evlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB