“Bizi işdən başqa heç nə bağlamır”

“Bizi işdən başqa heç nə bağlamır”

Müğənni Cabbar Musayev uzun illərdir çalışdığı həmkarı Könül Kərimovadan söz açıb. İfaçı SİA-ya açıqlaması zamanı onları yalnız sənətlərinin bağladığını söyləyib: "Könül Kərimova ilə 14 ildir ki, duet ortağıyıq. Birgə oxuduğumuz mahnılar demək olar ki, sevilir. Ona görə də uzun müddətdir birlikdə çalışırıq. Səsyazma studiyasında yazdığım bəstələri Könül xanım bəyənəndə duet oxuyuruq. Onu da deyim ki, Könül xanımın məndən öncə də duet ortağı olub. Hazırda da digər sənət dostlarımla birgə oxuyanda ona dəstək oluram. Bizi iş prosesindən başqa heç nə bağlamır".

Bütün xəbərlər Facebook səhifəmizdə