Türkiyə musiqisinin "imperator"u İbrahim Tatlısəsin musiqi aləmindəki yoxluğunu oğlu İdo doldurmaq qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, diceylikdən sonra İdo mahnı oxumağa da başlayıb. Hazırda, o, yeni albom üzərində çalışır. Beş mahnının yer alacağı albomda "Yadigar" adlı mahnıdan başqa bütün bəstələrin söz və musiqisi İdonun özünə məxsusdur.
İbrahim Tatlısəsin oğlu olduğu üçün üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən İdo "Hələ ki, mahnılarımı atama qulaq asdırmamışam. Hazır olandan sonra əlbəttə ki, o da dinləyəcək", deyə fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB