Duet ortaqları ayrıldı

Uzun müddətdir birlikdə çalışan Ceyhun Əliyev və Günay İbrahimli iş birliklərinə son qoyublar. Bu haqda SİA-ya Günay məlumat verib: "Bildiyiniz kimi, qalmaqallardan uzaq olan ifaçıyam. Ona görə də Ceyhunla aramda yaşanan söhbəti böyütmək istəmirəm. Sadəcə olaraq deyə bilərəm ki, bundan sonra sözügedən müğənni ilə çalışmayacam".

Qeyd edək ki, yenicə ayrılan duet ortaqlarının birlikdə oxuduqları "Bəlalı" bəstəsini Ceyhun tək ifa edərək lentə aldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə