Elvin xanımından danışdı

Müğənni Elvin Abdullayev həyat yoldaşı Afətdən söz açıb. O, SİA-ya açıqlaması zamanı xanımının qısqanc olduğunu bildirib: "Həyat yoldaşım məni çox qısqanır. "Ayrılıb gedirsən" klipimdəki tərəf müqabilim xanım gözəllik yarışmasının birincisi olub. Afət də bunu bilirdi. İlk öncə razılaşmadı ki, həmin qız mənimlə eyni ekran işində rol alsın. Daha sonra bir-birimizi başa düşdük. Onu da deyim ki, həyat yoldaşım rejissordur. Ancaq mən yenə də razı olmaram ki, xanımım hansısa klipdə oynasın".

Bütün xəbərlər Facebook səhifəmizdə