Sevda və Elton konsert verdi FOTOLAR

Sevda və Elton konsert verdi FOTOLAR

Heydər Əliyev Sarayında müğənnilər Sevda Yahyayeva və Elton Hüseynəliyev konsert veriblər. SİA-nın verdiyi xəbərə görə, konserti idarə etmək Afaq Gəncəliyə və Şəhriyar Əbilova həvalə olunub. Sevda və Elton sevilən mahnılarını səsləndirərək tamaşaçılara maraqlı anlar yaşadıblar. Daha sonra Sevda Elçin Cəfərovla "Səni sevirəm" duetini oxuyaraq gecəyə daha da rəngarənglik qatıblar.

Qeyd edək ki, biletlərin 10-30 manat arası qiymətə satıldığı konsert xeyriyyə məqsədi daşıyıb. "Ömür yarıda qalmasın" şüarı ilə keçirilən tədbirdən əldə olunan gəlir skalioz xəstəliyindən əziyyət çəkən Nübar və Leyla Rəsulovaların müalicəsinə sərf ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə