Bu gün yerli mətbuatda teleaparıcı Xoşqədəm Hidayətqızının Suriyada vurulması barədə məlumat yayılıb. SİA-nın verdiyi xəbərə görə, hadisə Hələb şəhərində baş verib. Hələb şəhərində olan aparıcı bir neçə axtarışın sonucu ilə bağlı verilişin axtarış şöbəsi ilə danışan zaman atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına vurulduq deyib və bir anlıq dəhşətli səslər eşidilib. Operatoru ilə Suriyada olan Xoşqədəm "yaralandım" sözünü də işlədib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Mənbənin bildirdiyinə görə teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də, mətbuata çıxmaması üçün gizli saxlanılır. Aparıcının ayağından xəsarət aldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB