Aktyor: “Biz mədəniyyət işçiləri, müğənnilərdən sanballı tayfayıq” MÜSAHİBƏ-FOTOLAR
Aktyor Elçin Məmmədlinin müsahibəsini SİA oxucularına təqdim edirik:
- Hazırda hansı serial üzərində çalışırsız?
- Həmin serialın adını deyə bilməyəcəm. Çünki adı tam dəqiqləşməyib. Çəkiliş işləri Gürcüstanda aparılır. Sözügedən serialı sentyabr ayında tamaşaçıların ixtiyarına verəcəyik.
- Hansı seriallarda rol almısınız?
- Bütün obrazlarda oynamaq mənim üçün problem deyil. "Küləklər şəhəri", "Həkimlər" və "Səndən sonra" seriallarında yer almışam. "Səndən sonra" serialı mənimlə böyük uğur qazanıb. Onu da deyim ki, rol aldığım filmlərdə heç vaxt ikinci planda olmamışam. Hər zaman baş rolları canlandırmışam.
- "Səndən sonra" serialında özündən razı, imkanlı ailənin oğlu obrazını canlandırırsınız. Adi həyatda da bu xasiyyətlərə maliksiniz?
- Filmlərdə bir çox obrazlar oynaya bilərəm. Amma şəxsi həyatımda hər kəsə hörmətlə yanaşıram. Sadəcə bir az davakaram. O da səbirsizliyimdən irəli gəlir.
- Sizcə oynadığınız seriallarda fikirlərinizi tamaşaçıya çatdıra bilirsiniz?
- Əgər rejissor mənə sərbəstlik verirsə, özüm kimi oynayıram. Əgər rejissor çərçivədə oynamağı tələb edirsə, o zaman yaxşı iş ortaya qoya bilmərəm.
- Qardaş ölkənin hansı serialında rol almaq istərdiniz?
- "Ezel"və "Karadayı" filmlərində oynamağı arzulayırdım. Türkiyəyə gedəndə Kənan İmirzalıoğlu ilə tanış oldum və bu haqda danışdım. Ancaq söylədi ki, azəri olduğum üçün danışıq tərzim uyğun gəlmir. Hətta qardaş ölkədə olan zaman mənə obraz verdilər ki, canlandırım. Hər kəs çox bəyəndi. Məni ayaqüstə alqışladılar. Xüsusi ilə nəzərinizə çatdırım ki, "Kurtlar Vadisi" kinosunda yer alan aktyor "Küləklər şəhəri"ndə oynamaq istəyib.
- Seriallara dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Sözügedən vəsait sizi qane edirmi?
- Bəzi kanal dövlətin biz aktyorlar üçün ayırdığı qonorarı lazımı qədər verir. Ancaq elə kanal var ki, pulumuzu kəsir.
- Ən çox gəlir əldə etdiyiniz serial hansı olub?
- "Həkimlər"serialında yaxşı maddi gəlir əldə etmişəm. Ancaq dəyərinin nə qədər olduğunu demiyəcəm (gülür). Bizdə ifaçılar kimi açıq bazar yoxdur. Biz mədəniyyət işçiləri müğənnilərdən sanballı tayfayıq.
- Teatrlardan sizə təkliflər gəlirmi?
- Bəli, bir neçə teatrdan dəvətlər almışam. Hətta fikrimdə də var ki, bəzi tamaşaları canlandırım.
- Elçin Məmmədli şəxsi həyatında necə biridir?
- Özəl dünyamda gecəni və yağışı çox sevirəm. Mən dünyaya başqa pəncərə ilə baxıram.
- Ailəlisiniz?
- Bəli, evliyəm. İnci adında qız övladım var. Onunla mütəmadi olaraq anası vaxt keçirdir. İstəyirəm ki, indidən qızımla aramızda pərdə olsun.
Fotolar müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB