Sənətçinin qardaşı bacısısının peşəsindən utandı

Sənətçinin qardaşı bacısısının peşəsindən utandı

Tarzən-müğənni Humay Qədimova maraqlı etiraf edib. İfaçı SİA-ya açıqlama verərək qardaşının onun sənətindən utandığını bildirib: "Ailə üzvlərim tarzən olmağıma heç vaxt razı olmayıblar. Çünki qardaşım da tar ifaçısı olub. Anam söyləyirdi ki, bir evdən iki uşağın tarzən olmağı düzgün deyil. Eyni zamanda qardaşım tar çalmaq sənətinin kişiyə aid olduğunu, həmçinin ətrafındakı dostlarının mənim peşəmlə əlaqədar olaraq onu lağa qoyacaqlarından qorxurdu. Ancaq bir müddətdən sonra hər şey öz yoluna düşdü. Qardaşım isə əsgərlikdən qayıtdıqdan sonra tardan uzaqlaşdı. Hazırda başqa sənətlə məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə