Stilist nişanının vaxtını açıqladı

Stilist nişanının vaxtını açıqladı

Qalmaqallı açıqlamalarıyla və qeyri-adi geyimləriylə gündəmdə qalmağı bacaran stilist Samiraldo (Samir Əliyev) nişanının vaxtını açıqlayıb. SİA-ya danışan stilist bunları deyib: "Hər bir insana ailə və övlad lazımdır. Mən uşaq evində böyüsəm də, özümə şərait qurmuşam. Sənətdə bütün uğurlara nail olmuşam. İndi isə ailə qurmağımın tam zamanıdır. Bilirəm bəziləri deyəcək ki, "bu da ailə qurur?" Bəli, qururam. Mən heç kimdən əksik deyiləm. Artıq başım nişan hazırlıqlarına qarışıb. Noyabr ayında özümə nişan edəcəm. Dekabrda isə nigah masasına oturacam".


Bütün xəbərlər Facebook səhifəmizdə