Türkiyəli sənətçi Sezen Aksu "Kardeş türkülər" layihəsi çərçivəsində Avropada konsertlər verəcək. SİA-nın verdiyi xəbərə görə, mayın 28-də Almaniyanın Mannheym şəhərində başlanacaq konsert turnesi Bohum, Rotterdam, Ştutqart, Münhen, Hamburq və Berlində davam edəcək. Bu haqda jurnalistlərə açıqlama verən müğənni bunları deyib: "Erməni mahnıları ilə yanaşı, kürd mahnılarını da ifa edəcəm. Məni səhnədə erməni Ara Dinkçyan müşayiət edəcək. Ara çox gözəl sənətkardır. Erməni mahnılarını oxumağıma gəldikdə isə xalq mahnıları xalqın yaddaşıdır. Erməni Ara ilə oxumaq mənə şərəfdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB