"Qala" qurupunun solisti Ceyhun Əliyev və müğənni Günay İbrahimli yenidən bir araya gəliblər. Bu barədə SİA-ya Ceyhun danışıb: " "Bəlalı" adlı klipə ekran işi verdiririk. Çəkilişlər bu gündən başlayıb. Klip haqqqında ətraflı danışa bilməyəcəm. Çünki rejissor buna icazə vermir. Ümid edirəm ki, layiqli iş ortaya çıxara biləcəyik. Bu klipimiz də digər ekran işlərimiz kimi tamaşaçılar tərəfindən seviləcək".
Qeyd edək ki, "Bəlalı" mahnısının sözləri və musiqisi Ceyhun Əliyevin, aranjimanı isə Rəşad Hüseynovundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB