Rəqsanə Türkiyədə növbəti klipini çəkdirir FOTOLAR

Rəqsanə Türkiyədə növbəti klipini çəkdirir FOTOLAR

Hazırda Türkiyədə olan müğənni Rəqsanə İsmayılova klip çəkdirir. SİA-nın verdiyi xəbərə görə, sözügedən ekran işində sənətçi açıq-saçıq geyimlərə üstünlük verib və hovuzda görüntülənib. Sənətçinin klipdəki imici üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin rejissoru Teoman Topçudur.

Qeyd edək ki, Rəqsanə qardaş ölkədə ilk dəfə "Alma məndən gözlərini" adlı mahnıya klip çəkdirmişdi. İfaçı hər iki klipini ad günü ərəfəsində mediaya təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə