Teleaparıcı Zaur Kamalla müğənni Ramal arasında inciklik yaranıb. SİA-nın verdiyi xəbərə görə, aparıcının efirə gecikən sənətçini təqdim edərkən dediyi "bu bilmir ki, 5-də efirdi? Yoxsa şanlı-şöhrətli müğənnilər kimi düşünür ki, axırda gəlmək yaxşıdır? Ona deyin, gələndə eynəyini çıxarsın" sözləri qarşı tərəfi əsəbləşdirib.
Bu sözlərə Ramal sərt cavab verib: "Lazım olanda gecikmək yaxşıdır. Hər zaman deyirəm ki, Zaurun verilişinə getməyəcəm, amma dostum olduğun üçün hərdən imtina edə bilmirəm. Dəxilsiz iynələr atırsın. Sənətçilərə hörmətlə yanaş. İki-üç dəfə qonağın olmuşam, müğənniləri təqdim etməyin xoşuma gəlmir".
Zaur Kamal isə Ramala "Bilirsən, sənə hörmətim var. Ona görə də dəvət edirəm. Sözümü isə üzə deyirəm. İnciyən incisin, inciməyən isə qəbul etsin"-deyə cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB