Xeyli müddətdir yoxa çıxan müğənni Ayaz Qasımov yeniliklərindən söz açıb. O, SİA-ya açıqlaması zamanı konsert verəcəyini də deyib:"İyun ayında yeni mahnımı və klipimi ərsəyə gətirəcəm. Dostlarımın təkidi ilə konsert verməyi düşünürəm. Bunlardan başqa 1 gündən sonra Almaniyaya yola düşürəm. Sənət dostlarımla birgə həmvətənlilərimizlə görüşüb, bəstələrimizi səsləndirəcəyik".
A.Qasımov efirlərdən yan gəzməyinin səbəblərini də söyləyib:"Hər gün efirdə olmağı sevmirəm. Gündəmdə əgər qalmaq istəyirəmsə gərək yeni bəstələr təqdim edim. Ancaq bir şərtlə ki, tamaşaçılarımı da yormayım. Çünki sevənlərimə hörmətlə yanaşıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB