Yaşar Cəlilov biznesmen olacaq

Müğənni Yaşar Cəlilov Bakını tərk edib. O, bu haqda SİA-ya danışaraq Gürcüstanın Batumi şəhərində olduğunu söyləyib: "Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç gündür Batumidə bu barədə danışıqlar gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bundan sonra sözügedən şəhər də mənə doğma olacaq".

Qeyd edək ki, Y. Cəlilov yaxın günlərdə vətənə dönərək dinləyicilərinə üzərində işlədiyi layihəsini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə