Elvin Abdullayev klipini təqdim etdi FOTOLAR

Elvin Abdullayev klipini təqdim etdi FOTOLAR

Müğənni Elvin Abdullayev yeni klipinin təqdimat mərasimi keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Ayrılıb gedirsən" ekran işi tamaşaçılarını ixtiyarına verib. Onu təbrik etmək üçün sənət dostlarından Könül Kərimova, Cabbar Musayev, Emil Bədəlov, Əbdül Xalid, Ayaz Qasımov, Sənan Əliyev, Zarina, Qurd, Təranə Səmədova, media nümayəndələri və başqaları olub.

Elvin klipi haqqında ağızdolusu danışaraq bunları deyib: "Ayrılıb gedirsən" ekran işim Gürcüstanda lentə alınıb. Klipdə gözəllik müsabiqəsində qalib gələn xanım tərəf müqabilimdir. Ümid edriəm ki, bu klipim səs-küy yaradacaq".

Tədbirə gələn müğənnilər Emil Bədəlov, Əbdül Xalid, Könül Kərimova, Qurd səbəbkarı təbrik edərək, ünvanına xoş sözlər deyiblər.

Daha sonra mərasimin davamında E. Abdullayev xanım Kərimovayla birgə üzərində şəkli və adı olan tortu kəsib.

Qeyd edək ki, "Ayrılıb gedirsən" mahnısının sözləri Alyat Yaşara, musiqisi Ruslana məxsusdur.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə