Bu gün sevilən müğənni, əməkdar artist Sevda Ələkbərzadənin hər kəsədən gizli rəsmi nigahı olub. SİA-nın məlumatına görə, sözügedən xəbəri sənətçinin bacısı Emma Ələkbərzadə təsdiqləyib: "Bu gün mənim gözümün nuru, çox sevdiyim bacım Sevdanın rəsmi nigahı oldu. Allah xoşbəxt eləsin. Oğullu-qızlı olsunlar. Heç vaxt dərd-kədər görməsinlər".
Qeyd edək ki, Sevda Ələkbərzadənin iranlı olan həyat yoldaşı Amerikada iş adamı kimi fəaliyyət göstərir. Sənətçinin mayın 24-də Bakıdakı otellərin birində toy mərasimi baş tutacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB