Opera ifaçısı Rəşid Behbutovu unutmadı FOTOLAR

Opera ifaçısı Rəşid Behbutovu unutmadı FOTOLAR

Hazırda Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya ölməz sənətkar Rəşid Behbudovun ifa etdiyi "Sevgilim" mahnısını klip çəkdirir. Bu haqda SİA-ya açıqlam verən Oya "Sevgilim" mahnısını klip çəklişlərinin Filarmoniyada baş tutduğunu söyləyib: "Bildiyiniz kimi yaxın günlərdə Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudovun mahnılardan ibarət yeni albomum işıq üzü gördü. Mənim üçün o, albomda ifa etdiyim mahnıların hər biri çox əzizdir. Amma mən "Sevgilim"i seçərək ona klip çəkdirmək istədim. Klipin çəkilişləri 3 gün olacaq. İnşallah, klipi musiqi sevərlərə təqdim edəcəm. Düşünürəm ki, məmnun qalacaqlar. Onu da deyim ki, Azərbaycan Dövlət Filarmoniyasında konsertim olacaq".

Qeyd edək ki, Oya Ergünün ekran işini gənc rejissor Fərhad Ali lentə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə