Opera ifaçısına xalq artisti dəstək oldu FOTOLAR

Opera ifaçısına xalq artisti dəstək oldu FOTOLAR

Vokal ifaçısı, Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Lətifə Soyuöz uzun müddətdir üzərində çalışdığı "6/8" layihəsunə təqdimat keçirib. SİA-nın məlumatına görə, Dövlət Filarmoniyası, Dövlət Mahnı və Rəqs Ansamblı və Lətifə Soyuözün birgə hazırladığı layihə böyük maraqla qarşılanıb. Dövlət Filarmoniyasının səhnəsində 6/8 ritmində üç mahnı səsləndirən Lətifə hər kəsi təəccübləndirib. Müğənni layihəyə daxil olan "Arzu qızım", "Həştərxana gedən gəmi" və "Atabarı" mahnılarını səsləndirib. 28 May Respublika Gününə həsr edilən mərasimdə L.Soyuöz musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən ki" bəstəsini oxuyub. Çıxışı alqışlarla qarşılanan sənətçiyə gecəyə qonaq qismində qatılan tanınmışlar da fikir bildirib.

Şair Baba Vəziroğlu Lətifə haqqında bunları deyib: "Bu mərasimin bu dərəcə maraqlı olacağını təsəvvür etmirdim. Lətifə unikal sənətçidir. Milli ritmlərlə belə bir mahnıları təqdim etməyi böyük iş idi. Onun növbəti çıxışı Heydər Əliyev Sarayında olacaq".

Xalq artisti Faiq Ağayev müğənninin maraqlı layihəyə imza atdığını bildirib.

Müğənni Rəhim Rəhimli L.Soyuözə tərfilər yağdırıb: "Düşünürdüm ki, adi, az adamın toplaşacağı bir tədbir keçəcək. İnanmazım ki, bu qədər insan Lətifə üçün bura yığışar. Çünki belə tədbirlər sənət aləmində çox az olur. Lətifə yaradıcı insanlarla çalışır. Bu onun uğurudur".

Həyəcanlı olduğunu deyən L.Soyuöz təəssüratlarını bölüşüb: "Çox həyəcanlı idim, məsuliyyətim böyük idi. Dövlət Filarmoniyasının öz ağırlığı var. Bu məndəki məsuliyyət hissini daha da çoxaldırdı".

Bütün xəbərlər Facebook səhifəmizdə