Aysel Əlizadə duet ortağının kimliyini açıqladı

Aysel Əlizadə duet ortağının kimliyini açıqladı

Müğənni Aysel Əlizadə yeni bəstə yazdırıb. Bu haqda SİA-ya danışan Aysel sözügedən mahnının ritmik olduğunu söyləyib: "Sözləri Azər Şirinin, musiqisi Tərlana məxsus olan "Tez gəl" bəstəm işıq üzü görüb. Mahnını eşidən müsbət fikir bildirir. Həm tez yadda qalır, həm də əksəriyyət mahnının yüksək əhval-ruhiyyə yaratdığını bildirir. Dinləyicilərin təəssüratı məni sevindirir".

Aysel yaxın günlərdə duet oxuyacağını da bildirib: "Bir çox mahnılarının müəllifi olan İlkin Həsəni bu dəfə duet ortağım oldu. Bəstə tezliklə radio dalğalarında səslənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə