Müğənni Leyla Ramazanlı yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən sənətçi klip çəkdirdiyini söyləyib: "Yeni fotosessiya etdirirəm. Çox maraqlı və qeyri-adi olacaq. Onu da deyim ki, "Sənə dəyməz" adlı mahnıma klip çəkdirirəm. Daha bir yeni bəstə üzərində də çalışıram. Həmin mahnını gənc ifaçı ilə duet oxuyacam. Duet ortağımın kimliyini gizli saxlayıram. Sözügedən dueti sentyabr ayında sevənlərimin ixtiyarına verəcəm. Çünki yayda istirahət etməyi düşünürəm. Ümid edirəm ki, yeni işlərim mənə uğur gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB