Bu gün müğənni Natəvan Həbibi 33 yaşını qeyd edir. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə sənət dostlarından rəqqasə Oksana, müğənni Mirkamil Kamilov, bəstəkar Nazim Məmmədov və başqaları təbrik edib. Sənətçini ilk təbrik edən isə yaxın rəfiqəsi, rəqqasə Oksana Rəsulova olub. O, səbəbkara tort və gəlincik bağışlayıb.
Qeyd edək ki, Natəvan Həbibi 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Daha sonradan Azərbaycana köçüb. Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda oxumağa başlayıb. Qrup dağıldıqdan sonra solo karyeraya başlayıb. 2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. 2009-cu ildən sonra "Səni sevən mənəm", "Təyyarələr" və sair hitləri ilə hitparadlarda yüksək yerlərə qalxıb. 2010-cu ildə Xəzər TV-də veriliş aparıcısı olub. 2011-ci ildə Azərbaycanı "Turkvision" müsabiqəsində təmsil edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB