Bu gün gənc müğənni Elvin Abbasov yeni mahnısına çəkdirdiyi klipi təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Sən gedəndən" adlı bəstəyə ekran işi verdirib.
Tədbirdə Firəngiz Allaverdiyeva, Elvin Abdullayev, Sevinc Ağaşirinova, Zarina, Leyla Ramazanlı, Mina, Təranə Səmədova, Qurd, Sənan Əliyev, Nicat Məhərrəmov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə E. Abbasovun tərəfmüqabili və prodüseri Humay Muxtarova açaraq rol aldığı klipdən danışıb: "Sözügedən ekran işində çox çətinliklə ağlamışam. Bundan sonra yeniliklərimiz bol olacaq".
Səbəbkar da yeni işi haqqında məlumat verib: "Çox utancaq biriyəm. Bildiyiniz kimi, bir müddət sənətdən uzaqlaşmışdım. Hazırda yenidən işlərimin başına qayıtmışam. "Sən gedəndən" klipim də inanıram ki, bir çoxları tərəfindən bəyəniləcək".
Nəzərinizə çatdıraq ki, sözləri və musiqisi Tural Bakuviyə aid olan "Sən gedəndən" adlı mahnısına çəkilən klipin rejissoru, operatoru, montaj və ssenari müəllifi Fuad Tofiqoğluna, işıq tərtibatçısı Novruz Novruzova, qrafika-dizayn müəllifi Əzəmət Səmədova və stilisti isə İntizam Yusifliyə məxsusdur.
Mahnıya çəkilən klipin ssenarisi qarşılıqlı sevgi hissləriylə alovlanan cütlüyün eşq hekayəsindən bəhs edir. Klip Bakının Dağüstü Park meydanında, otelərinin birində və başqa məkanlarda çəkilib.
Qeyd edək ki, təqdimatın sonunda Firəngiz Allahverdiyeva Elvin Abbasova xoş sözlər ünvanlayaraq ona dəstək olacağını xüsusilə diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB