Araz Kəsəmənliyə növbəti dəfə hökm oxundu

Araz Kəsəmənliyə növbəti dəfə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənliyə hökm oxunub.SİA-nın verdiyi xəbərə görə, A.Kəsəmənliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 8 il 4 ay müddətində azadlıqdan məhrum olunub.

Nəzərinizə çatdıraq ki, sentyabr ayının 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə