Xalq artisti Zülfiyyə Xanbabayeva yaradıcılığından danışıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda verilişlərin birində söz açıb: "Sözləri və musiqisi İsmayıl Əsədova aid olan yeni mahnı üzərində çalışıram. Eyni zamanda bir neçə bəstələr hazırlayıram. Çoxlarının bəyəndiyi "Dostum" adlı mahnıma isə hələ ki, klip çəkdirməyəcəm. Yeni bəstələrimi tamaşaçıların ixtiyarına verdikdən sonra istirahətə yollanacam. Qızımla birlikdə Azərbaycandan kənarda dincələcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB