Vasif Məhərrəmli növbəti dəfə kobudluq etdi

Vasif Məhərrəmli növbəti dəfə kobudluq etdi

Müğənni Elgün Hüseynov həmkarı Vasif Məhərrəmlidən danışıb. O, bu haqda SİA-ya açıqlama verərək sözügedən sənət dostunun ona qarşı hörmətsizlik etdiyini bildirib: "Bir çox müğənnilərlə yaxşı münasibətim var. Ancaq bəzən "quyruğ"umu tapdalıyaraq məni özümdən çıxarırlar. Onlardan biri də ifaçı Vasif Məhhəmlidir. El şənliklərinin birində bəstəmi səsləndirdiyim an mənə yaxınlaşıb söylədi ki, mahnını dayandırım və sözü ona verim. Mən də Vasifə başa saldım ki, mahnımı oxuyub, qurtardıqdan sonra səhnəyə dəvət edəcəm. O, yenə də inadla mənə bildirdi ki, digər toya tələsir. Bəstəmi oxuyandan sonra V.Məhərrəmlini səhnəyə dəvət etdim. Vasif həmin məclisi tərk etdikdə sağollaşmadan mikrafonu mənə uzadaraq getdi. Nəzərinizə çatdırım ki, adıçəkilən müğənni sənətdə və yaşca məndən böyük olsa da kobudluq etmək lazım deyil. Hər birimiz insanıq. Gərək bir-birimizi başa düşək".

Bütün xəbərlər Facebook səhifəmizdə