Messi Somada atasız qalan uşaqlara bütün sərvətini xərcləyir FOTOLAR

Messi Somada atasız qalan uşaqlara bütün sərvətini xərcləyir FOTOLAR

Somadakı kömür mədənində baş verən faciəyə dünyanın bir çox ölkələrindən maddi yardım edilir. SİA-nın məlumatına görə, faciədə yaxınlarını itirən ailələrə kömək edilməsi məqsədilə məşhur insanlar da bacardıqlarını etməkdə heç nədən çəkinmirlər.

Həmin siyahını sizlərə təqdim edirik:

Futbolçu Cristiano Ronaldo- 3 milyon dolar, əlavə olaraq 4 ailənin bütün gəlirini 5 il müddətində qarşılayacaq.

Futbolçu Lionel Messi- Somada atasız qalan uşaqlara bütün sərvətini xərcləyir.

İngiltərə kraliçası Elizabeth- 283 şəhid ailələrinin hər birinə ayrı-ayrılıqda köməklik göstərir.

Futbolçu Volkan Demirel- 157 ailənin bütün borclarını ödəyib.

Futbolçu Fernando Muslera- Bu mövsüm alacağı gəliri somalılar üçün xərcləyəcək.

Müğənni Justin Bieber- Soma üçün ağlayan ifaçı sabah hadisə yerinə gedəcək.

Müğənni Rihanna- Bütün konsertlərinin çekilişləri ləğv edib Soma üçün köməklik edəcək.

Qalatasaray ictimaiyyəti - 15 milyon dolar pulu Somada şəhid olan ailələrə veriblər.

Fenerbahçe ictimaiyyəti - Qazanılan çempionluq pulunu somalılar üçün xərcləyiblər.

Beşiktaş ictimaiyyəti - Karabüksporla edəcəyi futbol oyununda qazandıqları bilet pulunu və oyunda futbolçuların əldə etdikləri gəliri somalılara verəcəklər.

Mersin İdman Yurdu- Komandası bütün gəlirini somaya xərclədi.

Qalatasaray və Atletico Madrid birgə futbol oynayaraq qazanılan pulu Somada şəhid olan ailələrə xərcləyəcək.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız jurnalistlərə verdiyi son açıqlamada ölü sayının 298 olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə