Roza Zərgərli və “Pankart” qrupu

Roza Zərgərli və “Pankart” qrupu

Müğənni Roza Zərgərli Türkiyəli "Pankart" qrupu ilə birgə ifa etdiyi "Oyuncaq" adlı mahnıya klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, ekran işi Şəkidə baş tutub. Rejissor Elşən Babayevin ekranlaşdırdığı klipdə sənətçilər bir neçə obrazda olublar. Həmin obrazları isə stilist Elnur Həsənov qurub.

Qeyd edək ki, sözügedən klip Azərbaycanla yanaşı Türkiyənin tanınmış musiqi telekanallarında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə