Türkiyədə Tarkana qarşı çıxdılar

Türkiyədə Tarkana qarşı çıxdılar

Türkiyə musiqisinin "Meqastar"ı Tarkanı qınayıblar. SİA-nın verdiyi xəbərə görə, buna səbəb Soma faciəsi baş verəndən 5 saat sonra konsertini həyata keçirib. Onun faciəyə laqeyd qalmağı narazılığa səbəb olub. Tarkan onu qınayanlara cavab verib: "Soma faciəsi haqqında konsertimdən sonra xəbərim olub. Orada baş verən ağır qəzaya görə çox pis oldum. Faciədə həyatını itirən insanların ailələrinə Allah səbr versin. İnsan həyatına və əməyinə az önəm verildiyi ölkəmizdə çətin şəraitdə çalışanların həyatlarının sığortalanmamasını qınayıram. Faciədən sonra möcüzə gözləməkdənsə, belə qəzalara qarşı tədbir görülməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə