May ayının 27-si dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov Monte-Karloda "World Music Awards"da çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, bütün dünyada yayımlanan şou çərçivəsində Riki Martin və Meray Keri kimi məşhurlar çıxış edərək musiqi sahəsində qazandıqları nailiyyətlərə görə "Icon Award" mükafatı ilə təltif ediləcəklər.
Qeyd edək ki, Eminin "World Music Awards"da üç kateqoriyada: "Ən yaxşı ifaçı", "Dünyada ən yaxşı canlı ifa" və "Ən yaxşı artist" nominasiyaları üzrə namizədliyi irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB