Kazım: “Elçinin çılpaq şəklini ortaya çıxarmaq əxlaqsızlıqdır” FOTO

Kazım: “Elçinin çılpaq şəklini ortaya çıxarmaq əxlaqsızlıqdır” FOTO

Xəbər verdiyimiz kimi müğənni Elçin Cəfərovun nikahdan kənar qızı olduğu iddia edilir. Məsələ ilə bağlı ifaçının mətbuat katibi Kazım bəyanat yayıb. SİA həmin bəyanatı sizlərə təqdim edir:

"Bir çox xəbər portallarında yayımlanan xəbərə görə, Həsrət Nəcimzadə adlı şəxs iddia edib ki, Elçin Cəfərovla illər öncə qeyri-rəsmi münasibətdən qız uşağı dünyaya gətirib. Həmçinin bildirir ki, Elçin Cəfərov bu uşaqdan imtina edir və təzminat ödəməkdən boyun qaçırır. Bu səbəbdən də onu məhkəməyə verdiyini açıqlayıb. Bununla kifayətlənməyib Elçin Cəfərovun ev şəraitində çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb. İlk öncə diqqətinizə çatdırmaq istəyirik ki, H.N. bu iddiasını əsaslandırmaq üçün DNA analizinə getməli və bunu sübut etməlidir. Bu, Elçin Cəfərov tərəfindən həmin şəxsə aylar öncə təklif edilib və deyilib ki, əgər uşaq həqiqətən Elçin Cəfərova aiddirsə, o zaman köməklik göstərməkdən boyun qaçırmayacaq. Amma nədənsə Həsrət bu addımı atmaqdan çəkinib. Maraqlıdır, təzminat almaq istəyən şəxs, övladının gələcəyini və sağlamlığını düşünən qadın, nəyə görə bu təşəbbüsdən boyun qaçırır? Ümumiyyətlə, özünə hörmət edən "ana", atasız övlad dünyaya gətirməyə razı ola bilər?! Nəhayət şəkillə bağlı qaranlıq qalan məqama açıqlama gətirmək istəyirəm ki, foto Elçinin xəbəri olmadan çəkilib və müğənniyə aiddir. O, bunu təkzib etmir. Bu cür şəkil çəkdirmək yox, onu şəxsi mənfəətlərinə görə ictimaiyyətə yaymaq əxlaqsızlıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə