Bəstəkar-müğənni Emin yeni duetini sevənlərinin ixtiyarına verib. SİA-nın məlumatına görə, ifaçı Loboda ilə birgə oxuduğu "Səmaya baxırsan" mahnısına çəkilən klipi təqdim edib. Çəkilişlər üçün xüsusi olaraq Loboda imicini dəyişərək tamaşaçılar qarşısına tamamilə yeni obrazda çıxıb.
Emin və Loboda-nın klipinin janrı psixoloji trillerdir. Burada real və uydurulmuş dünyanın təması verilib və yalnızlıqdan dəli olmamağın necə çətin olması haqqındadır.
Nəzərinizə çatdıraq ki, çəkilişlərə hazırlıq bir neçə ay çəkib. Klip üzərində iki rejissor Yuri Yaruşnikov və klipin ideya müəllifi Natella Krapivina işləyib. Quruluşçu rəssam Sergey İvanovdur, onun sonuncu işi "Stalinqrad" filmi olub. Klipdə baş rollardan birini ən tələb olunan aktyor Artem Tkaçenko oynayıb.
Qeyd edək ki, bu yayın treki hesab olunan "Səmaya baxırsan" klipin rəsmi təqdimatı may ayının 21-də RoseBar-ın ad günündə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB