Bu gün bəstəkarın ad günüdür

Bu gün bəstəkar-müğənni Nazim Məmmədovun doğum günüdür. Bu haqda SİA-ya məlumat verən bəstəkar onu ilk təbrik edən məşhurun adını açıqlayıb: "Məni hər kəsdən əvvəl əməkdar artist, dostum Abbas Bağırov, daha sonra 00:01-da həyat yoldaşım təbrik edib. İlk hədiyyəmi də Abbas Bağırovdan almışam. Telefonla təbrik edənlər isə müğənnilər Emil Bədəlov, Elçin Cəfərov, Natəvan Həbibi, Xatirə, Rəqsanə, İradə İbrahimova, Zamiq, Sevda Yahyayeva və başqaları olublar".

Qeyd edək ki, N.Məmmədovun 31 yaşı tamam olur.

Bütün xəbərlər Facebook səhifəmizdə