Bəstəkar və şairə Xanım İsmayılqızı oxucuları ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, bu günlərdə işıq üzü görən "Dua yağışı" kitabını oxucularına imzası ilə təqdim edən şairə xanımın görüşünə məhşurlar da təşrif buyurub. Müğənni Ayan Babakişiyeva, Sevda Əliqızı, şairə Sevinc Çılğın və başqaları Xanım İsmayılqızının yeni kitabının oxucusu kimi tədbirə qatılanlardan olub. Oxucuları ilə ünsiyyət yaradan və yaradıcılığı, yeni nəşri barəsində xoş sözlər eşidən Xanım İsmayılqızı belə görüşlərin davamlı olacağına söz verib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB