Müğənni Nadir Qafarzadə mətbuata Rauf Bədəlzadə adlı tələbəsini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, "Əjdaha" ləqəbli müğənni təqdimata gələn qonaqları salamlayaraq öz fikirlərini bölüşüb: "Bu gün mən şou-biznesə yeni bir sima gətirdim. Düşünürəm ki, Rauf Bədəlzadə bu sahədə çox tanınacaq. Çünki o peşəkar komanda ilə çalışır. Raufun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Vüqarlı rəhbərim" adlı klipi işıq üzü görüb. Mən daim ona şou aləmində dəstək olacam. İndi bir çoxları deyəcək ki, şou-biznesə "kiçik əjdaha" gəlir. Amma onu deyim ki, Raufun özünə məxsus ifa tərzi var. Bu gün ilk işini təqdim etdi. İnşallah onunla bir çox layihələrə imza atacağam. Gözləməyə dəyər".
N.Qafarzadənin sözlərindən sonra müğənni R.Bədəlzadə düşüncələrini dilə gətirib: "Bu gün mən Ulu Öndər Heydər Əliyevin xatirəsinə "Vüqarlı rəhbərim" adlı klipimi tamaşaçıların ixtiyarına verirəm. Məhz buna görə ilk öncə mahnının musiqi müəllifi Nailə Mirməmmədliyə və şair Vüqar Əhmədə minnətdaram. Bundan savayı ustadım, bu sənətdə mənə dəstək olan insanlara, Nadir Qafarzadəyə və Təranə xanıma təşəkkür edirəm. İnşallah şou-biznesdə bir çox işlər görəcəyəm".
Qeyd edək ki, mərasimə əməkdar artist Elza Seyidcahan, müğənnilər Kərim Abbasov, İzzət Bağırov, Səidə Sultan, prodüserlər Namiq Qafarov, Sayqa Cahid və başqaları olub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB