Müğənni-aparıcı Elgün Hüseynov mahnı davasına çıxdı. Bu haqda SİA-ya danışan ifaçı zamanında küsülü olduğu sənətçinin adını da açıqladı: "Hər zaman çalışmışam ki, sənət dostlarımla söz-söhbətim yaranmasın. Ancaq bəzən bu ənənəmə sadiq qala bilmirəm. Çünki sənət dostum Nadir Qafarzadə eyni adda bəstə oxuduğumuza görə məndən incimişdi. Söhbət "Pardon" mahnısından gedir. Ancaq nəzərinizə çatdırım ki, o, adda bəstəni Nadirdən öncə mən səsləndirmişəm. Onu da deyim ki, adıçəkilən ifaçıya böyük hörmətim var. Daima üzərində çalışan müğənnidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB