Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 91-ci illiyinə həsr olunmuş bayram konsertində öz möhtəşəm çıxışları ilə gecəyə damğasını vurublar. SİA-nın məlumatına görə, sənətçilər konsertin sonunda sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər. Sözügedən bəstə tamaşaçıların güclü alqışları ilə qarşılanıb.
Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin 91-ci illik ad günü və "Gül bayramı" münasibətilə təşkil olunub.
Sözügedən videonu sizlərə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB