Qalmaqallı açıqlamalarıyla tanınan müğənni Nadir Qafarzadə "Maral" mahnısının yeni versiyasını təqdim edib. SİA-ya açıqlama verən N.Qafarzadə bildirib ki, bəstənin yeni versiyası Türkiyədə hazırlanıb: "Nəhayət xeyli müddətdir gözlədiyim "Maral" mahnısının yeni versiyasını bu gün dinləyicilərin ixtiyarına verdim. Amma bu iş mənə asanlıqla başa gəlmədi. Mahnının yeni versiyasında xeyli sayda canlı alətdən istifadə olunub. Düşünürəm ki, dinləyicilər bu versiyanı da sevəcək".
N.Qafarzadə "Maral" bəstəsinin tənqid edənlərin də çox olduğunu söyləyib: "Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarların bəstələrini oxumuşam. Amma heç bir mahnım "Maral" qədər müzakirə olunmamışdı. Hətta bəzi həmkarlarım var ki, efirdən "Maral" mahnısını bəyənmirəm, deyirlər. Amma toylarda sözügedən mahnını səsləndirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB