Muğam ifaçısı nəyi üstün tutdu?

Muğam ifaçısı nəyi üstün tutdu?

Muğam ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti Bəyimxanım Vəliyeva xeyli sürən sükuta son qoyub. Bu haqda SİA-ya danışan sənətçi iki yeni mahnısını repertuarına əlavə edib: " "Azərbaycan" və "Şirin Çiçək" adlı əsərlərin musiqisi Namiq Zeynalov sözləri isə Aygün Akifqızına məxsusdur. Vətənpərvər mahnıları sevirəm. Belə mövzulara tez-tez müraciət edirəm. Bu dəfə də hər iki mahnım ilin ən gözəl vaxtlarından birinə təsadüf etdi".

Bəyimxanım yaradıcılığına fasilə verməsinin səbəbini də açıqlayıb: "Mən daimi sənət tərəfdarı olmuşam. Tez-tez çıxıb nələrisə nümayiş etdirmək təbiətimə uyğun deyil. Yaxşı mahnı olsa, onu tamaşaçılarım üçün ifa etməyi hər şeydən üstün tuturam".

Bütün xəbərlər Facebook səhifəmizdə