Xatun həmkarını qınadı

Müğənni Xatun həmkarı Ramal İsrafilovu qınayıb. SİA-ya danışan Xatun Ramalın yeni lentə aldırdığı klipi bəyənmədiyini bildirib: "Ramalı həmkar olaraq çox istəyirəm. Düşünürəm ki, mənim iradımı düzgün qəbul edəcək. Ramalın "Biletini alma" klipini bəyənmədim. Klipdə anlaşılan məqamlar çox azdır. Bu iradımı Ramalın özünə də söyləmişəm. Ramal mənim bu fikrimdən incisə də sonradan qəbul etdi. Çünki sözügedən klip "youtube" kanalında yoxdur. Gələcəkdə Ramaldan daha uğurlu layihələr gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə