Qardaş ölkənin sənətçisi Hadisə paytaxtımızın qonağı olacaq. Bu haqda SİA-ya prodüser Tolik məlumat verib: "Gəncə Şəhər İcra Hakimiyyətinin keçirdiyi "Gül bayramı" və Ulu Öndər Heydər Əliyevin 91 illiyi münasibətilə türkiyəli pop ulduz Hadisə Gəncəyə gələcək. O, konsert zamanı performanslar göstərəcək. Daha sonra səhnəyə rəqqasələrlə birlikdə çıxacaq. Hadisə may ayının 7-si Gəncə sakinlərinin qonağı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB