Məşhurlar özlərinə hansı adı seçərdi? SORĞU-FOTOLAR

Məşhurlar özlərinə hansı adı seçərdi? SORĞU-FOTOLAR

Hər zaman tanınmışlar arasında maraqlı sorğular keçirmişik. Bu dəfə məşhurlara "Adlarını dəyişdirilməli olsaydılar hansı adı seçərdilər?" sualını ünvanladıq. Onların cavablarını SİA oxucularına təqdim edirik:

Aktyor Nicat Rəhimov: "Çox istərdim adım Amin olsun. Ailə qurduqdan sonra övladıma həmin adı verəcəm".

Aktyor Elçin Məmmədli: " Yenidən adımı dəyişməli olsaydım Ömər, Raul, Zaur, Xəlil adlarını seçərdim. Oğlum olsa adını Xəlil qoyacam".

Aktyor Ruslan Sabirli: "İstərdim adım Arslan olsun".

Müğənni Miri Yusif: "Adımın Vicdan, soyadımın isə Qurban olmasını istərdim".

Müğənni Kərim Abbasov: "Azər və Səccal adlarını bəyənirəm. Adımı dəyişməli olsaydım Azər qoyardım".

Müğənni Elçin Hüseynov: "Bəyəndiyim ad Pənahdır. O, adı da oğluma qoymuşam. Onu da deyim ki, adımın Elçin olmasına baxmayaraq bir çox insanlar mənə Ceyhun deyə müraciət edirlər".

Müğənni Sevda Sanaliyeva: "Öz adımı sevirəm. Amma ikinci ad kimi Mədinə qoyardım".

Bəstəkar Nazim Məmmədov: "Hər kəsi Hacı deyə müraciət edir. Mənə də bu ad xoşdur".

Teleaparıcı Samirə Mustafayeva: "Artıq adımı dəyişdirə bilmərəm. Ancaq qızıma Sara adını qoyardım".

Bütün xəbərlər Facebook səhifəmizdə