Teleaparıcı-aktrisa Ülviyyə Əliyeva şəxsi həyatı haqqında yayılan qaranlıq məsələlərə aydınlıq gətirib. SİA-ya açıqlama verən "Keyxanım" bunları deyib: "Heç vaxt istəməmişəm ki, şəxsi həyatımla gündəmdə olum. Çalışmışam ki, işlərimlə tamaşaçılarımı sevindirim. Yeganə aparıcıyam ki, 2 kanalda verilişim var. Ancaq şəxsi həyatım barədə deyilənlərə görə, yenidən ərə getmişəm və ayrılmışam. Bu xəbər tamamilə yalandır. Çünki hələ mən nişanlıyam. Bəzi işlərim var. Onları həyata keçirdikdən sonra ailə qurmağı düşünürəm".
Teleaparıcı idarə etdiyi verilişində qonaq qismində iştirak edən həmkarı Mikayıl Güləddinoğlunun döyülməsi xəbərinə də münasibət bildirib: "Verilişimin çəkilişi zamanı Mikayıl şeir deyərkən gənc oğlanla mübahisəsi düşdü. Daha sonra bir-birləri ilə danışaraq hər şeyi yoluna qoydular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB