Müğənni Günay İbrahimli yeniliklərə imza atacaq. Bu haqda SİA-ya sənətçinin özü ətraflı məlumat verib: " "Qala" qrupunun solisti Ceyhunla səsləndirdiyim "Bəlalım" mahnısını lentə aldırıram. Klipi Rza Əsgərov çəkir. Çəkilişimiz açıq havada həyata keçir".
Xanım İbrahimli iyun ayında verəcəyi konsertindən də söz açıb: "İyun ayının 7-də Rafet El Romanla eyni səhnəni bölüşəcəyik. İlk olaraq Rafet, daha sonra mən səhnəyə çıxacam. Konsert zamanı sevilən bəstələrimlə yanaşı, yeni mahnılarımı da ifa edəcəm".
Qeyd edək ki, konsertin təşkilatçılığını Nahid Emiloğlu edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB